Web of Science bazasında indiyədək Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) mənsub 836 elmi əsər indekslənib. İndekslənən elmi əsərlərin 715-i (86 faiz) 2015-2023-cü illərin payına düşür.
Nüfuzlu elmi nəşr platformasında UNEC-in istinad göstəricisi 3496-dır. Bunun da 92 faizi 2015-2023-cü illəri əhatə edir. h-index isə 29-dur.
Scopus bazasında bu günədək UNEC-ə mənsub 833 elmi əsər indekslənib. Scopusda indekslənən elmi əsərlərin 796-sı (96 faiz) 2015-2023-cü illərin payına düşür. Həmin bazada istinad göstəricisi 4180-dir ki, bunun da 99 faizi 2015-2023-cü illəri əhatə edir. h-index isə 27-dir.