A

İyun 2023-cü ildən etibarən Scopus bazasında indekslənən elmi nəşrlərin Cite Score göstəricilərinin yenidən qiymətləndirilməsi aparılıb.

Qiymətləndirmənin nəticəsi olaraq jurnalların kvartilləri  (Q1, Q2, Q3, Q4) yenilənib.

Bununla bağlı olaraq, Elmmetrika şöbəsi tərəfindən Scopus bazasında indekslənən Q1, Q2 kvartilli müxtəlif elmi istiqamətli jurnallar ümumilləşdirilib.

Biznes, menecment və mühasibat uçotu-999 jurnal

İqtisadiyyat, ekonometrika və maliyyə-762 jurnal

Biznes, menecment və mühasibat uçotu elmi istiqamətli nəşrlərin 171-i Emerald Publishing, 153-ü Taylor & Francis, 99-u Elsevier, 97-si Springer Nature, 94-ü Willey Blackwell, 90-nı SAGE və s., İqtisadiyyat, ekonometrika və maliyyə elmi istiqamətli nəşrlərin isə 132-si Springer, 110-u Elsevier, 102-si Taylor & Francis, 92-si Willey Blackwell nəşriyyatlarının jurnallarıdır.

Əlavə məlumat almaq üçün EFTİED Elmmetrika şöbəsinə https://unec.edu.az/elmmetrika-sobesi/ müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR