×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

unectf.org

UNEC Tədqiqat Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün dəyirmi masa keçirilib.

Yerli media subyektlərinin rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə media nümayəndələrinin Agentliyin fəaliyyətində göstərdiyi əvəzsiz vasitəçiliyi vurğulanıb. Mina təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən fəaliyyətdən bəhs edərək mövcud təhlükə haqda yanlış düşüncə tərzinin aradan qaldırılmasında, cəmiyyətin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirməsində, ictimai məlumatlılığının artırılmasında, əhalinin hər bir təbəqəsi arasında təbliğatın səmərəli formada aparılmasında medianın dəstəyinin danılmaz olduğu qeyd edilib.

Ekstremal şəraitdə işləyən jurnalistlərin təhlükəsizliyi, cəmiyyətə çatdırılan informasiyaların etibarlılığı, dolğunluğu kimi məsələlər müzakirə olunub. Jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyi və mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasının da əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) əsasında humanitar təmizləmə əməliyyatlarının icrasının başlıca məqsədləri, cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolu, ANAMA-nın informasiya prioritetləri, həmçinin qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Böhran vəziyyətlərdə daxili kommunikasiyanın sistemli şəkildə aparılmasına, böhran vəziyyətin meyarlarının təyin edilməsinə, eləcə də bu cür vəziyyətlərdə dövlət qurumları və media arasında doğru və operativ məlumat mübadiləsinin aparılmasına dair əsas istiqamətlər UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva tərəfindən təqdim edilib.

Keçirilən dəyirmi masada məlumatların insanlara dolğun və obyektiv ötürülməsi, dezinformasiya hallarına qarşı mübarizə, cəmiyyətdə mediaya inamın təmin olunması və mina təhlükəsi ilə mübarizədə ictimaiyyəti maarifləndirmənin əhəmiyyəti vurğulanıb.

UNEC Tədqiqat Fondu bu cür təşəbbüslərin, dəyirmi masaların və treninqlərin davamlı olmasını hədəfləyib.

TOP XƏBƏRLƏR