A

UNEC-in Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti tərəfindən 27 sentyabr - Anım Günü münasibətilə dəyirmi masa təşkil olunub.

Tədbirin açılışında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə departamentin direktoru dosent Gülnarə Rzayeva, “Humanitar fənlər” kafedrasının professoru Vəkil Həsənov, “Azərbaycan dili” kafedrasının dosenti Gülbəniz İsmayılzadə 44 günlük müharibəyə qədərki tarixi hadisələrdən, müzəffər Ali Baş Komandanın, xalqımızın və güclü ordumuzun birliyi nəticəsində qazanılan qələbədən danışıblar. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildiriblər.

TOP XƏBƏRLƏR