A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələri üçün təşkil etdiyi İntensiv Tədris Proqramının 7-ci günündə Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli “Marketinq Fəaliyyətlərində Qiymətləndirmənin əhəmiyyəti” adlı mövzuda interaktiv təlim keçib.

Günün ikinci yarısında isveçrəli tələbələrin Ələt Azad İqtisadi Zonaya (AFEZ) səfəri təşkil olunub.

AFEZ əməkdaşları ilə keçirilən görüşdə tələbələrə iqtisadi zonanın fəaliyyəti, hüquqi bazası, o cümlədən investorlar üçün fiskal və qeyri-fiskal stimullar paketi, müasir nəqliyyat və logistika infrastrukturu barədə məlumat verilib.  Görüş sual-cavab sessiyası ilə davam etdib.

Səfər zamanı tələbələr investorlar üçün yaradılmış biznes mühiti ilə də tanış olublar.

TOP XƏBƏRLƏR