UNEC-də Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, “Yeni Materiallar və Nanotexnologiya” İnstitutunun direktoru Əmdulla Mehrabovun təqdimatında “Sənaye tətbiqləri üçün üstün xassəli materialların dizaynı, sintezi və inkişaf etdirilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarda UNEC-in professor-müəllim heyəti, doktorant və magistrləri ilə yanaşı, digər elm və təhsil müəssisələrinin əməkdaşları da iştirak ediblər.
UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, “Kompozit materiallar” Elmi Tədqiqat Mərkəzinin rəhbəri, f.e.d., professor Rövnəq Rzayev seminarda çıxış edərək, professor Əmdulla Mehrabovun elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib. Bildirib ki, prof. Ə.Mehrabov ABŞ-ın Kaliforniya Universitetində Fullbrayt proqamı ilə bir semestr professor olaraq, Türkiyənin Orta Doğu Texniki Universitetində isə 31 ilə yaxın müddət ərzində materiallar elminin və mühəndisliyin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olduğunu deyib.
Sonra prof. Əmdulla Mehrabov Yeni Materiallar və Nanotexnologiya İnstitutunun həyata keçirdiyi layihələr barədə təqdimatla çıxış edib.
Təqdimatdan sonra seminar müzakirələrlə davam edib. Sonda birgə elmi-tədqiqat və qrant layihələrinin yerinə yetirilməsi ilə bağlı respublikada mövcud kadr potensialının, elmi-tədqiqat yönümlü cihaz və avadanlıqların imkanları nəzərə alınmaqla, işçi tədqiqatçı qruplarının yaradılması qərara alınıb.