A

UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən “Təhsil səviyyəsinin insan inkişafına təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru prof. Yadulla Həsənli açaraq, elmi seminarın “2023-cü ildə Dayanıqlı İnkişaf məqsədlərinin maarifləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər”in icrasını təmin etmək məqsədilə təşkil olunduğunu qeyd edib. 

Sonra institutun böyük elmi işçisi Sərdar Şabanov “Təhsil səviyyəsinin insan inkişafına təsirinin ekonometrik qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın təhsil sistemini xarakterizə edən göstəricilərin insan inkişafı indeksinə təsirinin ekonometrik modellərlə qiymətləndirilməsinin nəticələrini şərh edərək, müvafiq göstəricilərin MDB və OECD ölkələrinin orta göstəriciləri ilə müqayisəli təhlilini aparıb və təkliflər səsləndirib.  

Məruzədən sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR