ABŞ-ın The University of Texas Rio Grande Valley, Türkiyənin Mehmet Akif Ersoy və Qırğızıstanın Manas Universitetlərinin birgə təşkilatçılığı ilə İtaliyanın Milan şəhərində “Beynəlxalq Sosial Elmlərdə Yeni İstiqamətlər” simpoziumu keçirilib.
Simpoziumda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İşlətmə kafedrasının müəllimi Oqtay Quliyev “Azərbaycanda göstərişçi istehlak qrupları və onların xüsusiyyətləri” mövzulu məruzəsi ilə çıxış edib.
Simpoziumda ABŞ, Kanada, Asiya və Avropanın aparıcı universitetlərinin 130 elm adamı məruzə ilə çıxış edib, sosial emlərdəki yenilik və problemlər müzakirə edilib, onların həlli yolları üzərində müzakirələr aparılıb. Sonda növbəti il üçün konfrans planlaması həyata keçirilıb. UNEC-in simpoziumun həmtəsisçisi və təşkilat komitəsi olaraq qatılması konfrans idarə heyəti tərəfindən müzakirə edilərək, uyğun görülüb. 2017-ci il üçün nəzərdə tutulan simpoziumun isə İspaniyanın Barselona şəhərində təşkil olunması nəzərdə tutulub.
4 gün davam edən simpoziumun sonunda məruzəçilərə sertifikat təqdim edilib.