UNEC-in Bloomberg Maliyyə Laboratoriyası tələbələr üçün Maliyyə Bazarları təlimlərinə start verir.
Təlimlərin əsas istiqamətləri Economic Indicators, Currencies, Fixed Income, Equities bölmələrindən ibarətdir. Təlimlər 1 ay davam edəcək və sonda tələbələrin Bloomberg Market Concepts (BMC) sertifikatını əldə etməsi nəzərdə tutulub.
Təlimlər həftənin bazar ertəsi və çərşənbə günü, iki növbədə (10:00/15:00), çərşənbə axşamı və cümə axşamı günü isə səhər növbəsində (10:00) təşkil olunacaq.
Təlimlər Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil tərəfindən keçiriləcək.
Təlimə qoşulmaq üçün tələblər:
- B1 səviyyə ingilis dili;
- Maliyyə və iqtisadiyyat ixtisasında təhsil almaq;
- 81+ ÜOMG.
Təlimlərə qeydiyyat üçün son tarix: 13 mart