×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva və Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Jalə Heydərova İsveçrə Siyasi Elmlər Assosiasiyasının illik elmi konfransı olan SPSA Annual Congress -də iştirak edirlər. 

İsveçrənin St.Qallen Universitetində təşkil olunan konqresdə Azərbaycanı UNEC əməkdaşları təmsil ediblər. UNEC əməkdaşı Jalə Heydərova konqresin “Müqayisəli siyasət” panelində suriyalı və ukraynalı qaçqınlara dair Avropa İttifaqının miqrasiya siyasəti barədə məruzə ilə çıxış edib. Tədqimatdan sonra o, mövzu iə bağlı tədqiqatçıların suallarını cavablandırıb.

Nərgiz Hacıyeva isə İsveçrə Siyasi Elmlər Assosiasiyasının (Swiss Political Science Association) Empirik Metodlar işçi qrupunun direktoru olaraq, konqresdə siyasi elmlər üzrə empirik metodlar panellərinə rəhbərlik edib.

Konqresdə keçirilən SPSA-nın illik Elmi Assemblyasında Nərgiz Hacıyeva növbəti 5 il müddətinə yenidən Empirik Metodlar İşçi qrupunun direktoru vəzifəsinə təyin olunub.

TOP XƏBƏRLƏR