22 noyabr tarixində Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru, GDU-nun tərəfdaş olduğu Avropa komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi (REFRESH)” layihəsinin info-sessiyası keçirilib.
UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirlinin moderatorluğu ilə keçirilən info-sessiyada GDU-nun müəllim və tələbə heyətinə layihə barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr verməkdir. Layihə 3 il müddəti əhatə edir və konsorsium 6 yerli, 4 Avropa universiteti və qeyri-hökumət təşkilatları olmaqla, 15 tərəfdaşdan ibarətdir.
Layihə çərçivəsində universitetlərdə bərpa olunan enerjinin vəziyyəti haqqında sorğu keçirilməsi iştirakçıların diqqətinə çatdırılıb. Sorğunun nəticələri iştirakçılara təqdim olunub.