×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin Tələbə Elmi Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli” mövzusunda tələbə elmi konfransı keçirilib.Fakültə dekanı, professor Vəkil Hüseynov  Ulu Öndərin multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini bildirib. Qeyd edib ki, Ümummilli Lider Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını insan hüquq və azadlıqları kontekstində görürdü.Konfransda tələbələrin ölkənin qeyri-neft sektorunun əsas sahələri olan qida və tekstil sənayesinin inkişafı ilə əlaqədar məruzələri dinlənilib.*

Sonda münsiflər heyətinin qərarı ilə qaliblər müəyyən edilib. Qaliblər diplom və sertifikatlarla təltif olunub.

TOP XƏBƏRLƏR