A

UNEC Keyfiyyət Təminatı şöbəsinin təşkilatçılığı ilə UNEC – 100 İnkişaf Strategiyasında qeyd olunan müvafiq strateji hədəfin icrasını təmin etmək məqsədilə ilkin olaraq Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) magistratura səviyyəsində tədris edilən 3 ixtisas “Maliyyə”, “Biznesin idarə edilməsi” və “İqtisadiyyat” üzrə təhsil proqramlarının "Foundation for International Business Administration Accreditation" (FIBAA) akkreditasiya qurumu tərəfindən beynəlxalq akkreditasiyadan keçirilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.

Bu məqsədlə aprelin 5-də Keyfiyyət təminatı şöbəsinin müdiri i.f.d. Hüseyn Həsənov, şöbənin baş mütəxəssisi Əddin Muştaqov və FİBAA akkreditasiya qurumunun xüsusi nümayəndəsi Dr. Birger Hendriksin iştirakı ilə onlayn görüş  təşkil olunub. Görüşdə beynəlxalq ekspertlərin FİBAA tərəfindən təyin olunması, sənədlərin qiymətləndirməsi və yerində baxışın həyata keçirilməsindən öncə özünütəhlil hesabatı və ona əlavə olan sənədlərin yekun müzakirəsi aparılıb.

TOP XƏBƏRLƏR