UNEC-in Rus İqtisad Məktəbində "Qlobal ekoloji təhdidin iqtisadi fəsadları və COP-29" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov açaraq, dünyanın əksər ölkələrinin, 100 minə yaxın qonaqların iştirak edəcəyi COP-29 tədbirinin həm bütövlükdə planet üçün, həm Azərbaycan üçün əhəmiyyətindən bəhs edib.
Sonra ekoloq, dosent Adik Məmmədov tədbirdə qlobal istiləşmənin ümümdünya iqtisadiyyatına vuracağı zərərin göstəricilərini qeyd edib.
Digər iştirakçılar isə COP-29-a hazırlıq dövründə hamının aktiv olması, həm tədbirin özü, həm mövzular ətrafında geniş maarifləndirmə işinin aparılması zəruriyyətini bir daha vurğulayıblar.