A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində “Yeni dövr üçün yeni ideyalara” mövzusunda dəyirmi masa keçirilib.

Fakültə dekanı Prof.Dr. Mehmet Yücenin moderatorluğu ilə baş tutan tədbirdə  Türkiyə Respublikası Səfirliyinin sabiq təhsil müşaviri Dr. Nihat Büyükbaş, Hacı Bayram Veli Universitetinin İctimai və İnzibati Elmlər fakültəsinin dekanı  Prof.Dr. Fırat Purtaş, Şimali Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru Prof.Dr. Ahmet Vecdi Can, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı Prof.Dr. İbrahim Şahin, BDU-nin dos.Nurlana Qasımlı Mustafayeva, AMEA-Qafqaz Araşdırmaları Mərkəzinin əməkdaşı dos.Fərahilə Şükürova, Qırğızızstan Beynəlxalq Universitetindən Baatirbek Akılbekov, "Turkic World Research Center"-in rəhbəri Ayhan Satıcı, eləcə də fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və işlətmə” kafedrasının müdir əvəzi baş müəllim Nurkhodzha Akbulaev, kafedranın əməkdaşları iştirak ediblər.

Hibrid formada keçən tədbirdə Prof.dr. Mehmet Yüce bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan üçün yeni dövr başlayıb. Təhsilin bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirildiyini qeyd edən Mehmet Yüce, dünya tarixinə nəzər saldıqda, ayrı-ayrı ölkələrin məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olduqlarını vurğulayıb. Mehmet Yüce həmçinin, müasir dövrdə təhsillə bağlı çağırışların aktuallığının daha da artdığını qeyd edib.

Daha sonra digər tədbir iştirakçıları ölkəmizin inkişaf istiqamətlərində elm və təhsilin prioritet əhəmiyyətindən,  hazırda respublikamızda elm və təhsil sahəsində aparılan islahatlardan və həyata keçirilən dövlət proqramlarından, atılan bütün addımların elm və təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin və yüksək nəticələrin əldə edilməsinə xidmətindən, milli kadr potensialının gücləndirilməsinə hədəfləndiyindən danışıblar.

TOP XƏBƏRLƏR