Ümumi fənlərin tədrisinin təşkili departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə COP-29-la bağlı maarifləndirici görüş keçirilib.
Tədbirdə kafedra müdiri prof. Vəkil Həsənov COP-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyindən danışıb.
Sonra “Humanitar fənlər” kafedrasının dosenti, fəlsəfə doktoru Lətafət Hümmətova “Yaşıl dünya”nın fəlsəfi-konseptual əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “yaşıl dünya” haqqında təsəvvürlərin fəlsəfi qaynaqları, bu təsəvvürlərin mifoloji, harmonik, elmi-texniki mərhələləri, iqlim dəyişikliklərinin dünyada baş verən qlobal dəyişikliklərə təsirinin fəlsəfi əsasları, eləcə də “yaşıllaşdırılma” istiqamətində həyata keçirilməli olan tədbirlər barədə geniş təqdimat edib.
Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.