UNEC-in Xarici Dillər Departamentinin Xarici Dillərin Tədrisi Mərkəzində "Yeni dövr üçün yeni ideyalara” mövzusuna həsr olunan “Xarici dilin tədrisində kontekstin əhəmiyyəti; Müasir dövr üçün aktual mövzular - XXI əsr bacarıqları” adlı müzakirələr aparılıb.
Departamentin tədris işləri üzrə direktor müavini, Xarici dillərin tədrisi mərkəzinin müdiri Fəqanə Əhmədova Prezident İlham Əliyevin 10 yanvar 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində söylədiyi “Yeni dövrün yeni hədəfləri olmalıdır”, “İnkişaf məqsədimizdir” fikirləri ilə müzakirəyə başlayıb.
Müzakirədə Mərkəzin müəllim və əməkdaşları, Türk Dünyası İqtisad fakültəsinin dekanı prof. Mehmet Yüce, dekan müavini i.e.d Yusif Əliyev, eləcə də "Uğur" kurslarının baş direktoru Famil İsayev, Mədəniyyət Nazirliyinin mədəniyyət üzrə elmi-metodiki mərkəzinin sektor müdiri Ramil Əhməd, Geomatika və CİS üzrə ekspert Emil Abdullayev mövzu ətrafında maraqlı müzakirələr aparıblar.