Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda UNEC-in Türk Dünyası İqtisad fakültəsinin dekanı Prof.Dr.Mehmet Yüce, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış alimlər iştirak ediblər.
"XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusundakı konfransda Prof. Dr. Mehmet Yüce spiker qismində iştirak edərək, "AİHM’-ın Yargılamada Vergi ve Vergi Cezalarına İlişkin Dikkate Aldığı Kriterler" mövzusunda təqdimatla çıxış edib.