×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentləri İlqar Xəlilov və Firuzə Cəfərovanın həmmüəllifi olduqları “Azərbaycanın ekoloji vəziyyəti və problemləri” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Təqdimat mərasimində kafedranın professor-müəllim heyəti, kitabxana əməkdaşları və tələbələr iştirak ediblər.

Təqdimat mərasiminin əvvəlində kafedra müdiri dos. Elşən Məmmədov və UNEC Kitabxana Informasiya Mərkəzinin 2 saylı kitabxanasının müdiri Rəsmiyyə Rzayeva öz çıxışlarında bu gün üçün xüsusi aktuallıq kəsb edən, Azərbaycanın ekoloji vəziyyəti və problemləri ilə bağlı məsələləri özündə ehtiva edən bu cür əyani tədris vəsaitinin hazırlanmasının əhəmiyyəti barədə fikirlərini bildiriblər.  

Sonra müəllif dos. İlqar Xəlilov kitab haqqında ətraflı məlumat verərək, ekologiya ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alan tələbələrin bu kitabdan istifadəsinin zəruriliyindən bəhs edib. O, həmçinin kitabın yalnız bu sahədə ixtisaslaşan tələbələr üçün deyil, geniş auditoriya üçün də maraqlı olduğunu bildirilib.

Sonda tədbir iştirakçılarının kitabla bağlı sualları ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR