UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Regional iqlim dəyişmələri: qarşıda duran əsas vəzifələr ” mövzusunda dəyirmi masa keçirilib.
Fakültənin dekanı dosent Elman Cəfərov giriş sözü ilə çıxış edərək, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 Tərəflər Konfransının əhəmiyyətindən danışıb, 2024-cü ilinAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və UNEC Rektorunun müvafiq əmrilə təsdiq olunmuş “Yaşıl UNEC” ili ilə bağlı Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsinə start verildiyini bildirib.
Sonra Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Qurunun hidrologiyası və su ehtiyyatları“ şöbəsinin müdiri, professor Rza Mahmudov çıxış edərək, COP29-un ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və onun yaranma tarixi haqqında məlumat verib. Tədqiqatçı alim iqlim dəyişmələri - hidrometeorologiyanın müasir aktual problemlərindən, əsasən də iqlim dəyişmələri zaman ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin ekoloji problemlərinin həlli istiqamətində, eyni zamanda Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsidən söz açıb.
Sonda tələbələrin sualları cavablandırılıb.