İqtisadiyyat və idarəetmə fakültəsi və fakültənin məzunlar assosiasiyasının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə bağlı büdcə işarələməsi (Climate Budget Tagging) və onun Azərbaycanda tətbiqi” mövzusunda seminar keçirilib.
Seminarda Asiya İnkişaf Bankı Dövlət Maliyyəsinin İdarə olunması üzrə ekspert Ramil Abbasov iqlim dəyişikliklərinin dövlətlərin büdcələrinə təsirləri, dövlət xərclərinin səmərəli tənzimlənməsi, ortamüddətli xərclər çərçivəsinin hazırlanması, dövlətin maliyyə resurslarının idarə edilməsi barədə məruzə ilə çıxış edib. Sonra isə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ekspert Ramil Abbasov UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə 2008-ci il bakalavr məzunu, Böyük Britaniya İdarəetmə İnstitunun 2022-ci il magistr məzunu, Böyük Britaniya Şeffield Universitetinin 2023-cü il magistr məzunudur. O, “ZE-Troniks QSC”nin icraçı direktoru, “Spektr Araşdırma Mərkəzi” idarə heyətinin sədri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun üzvüdür.