A

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkil etdiyi elmi ekspedisiyaya rəhbərlik edərək İsmayıllı rayonunda Qafqaz Albaniyasına aid etnik və mədəni izləri araşdırıb.

Ekspedisiya nəticəsində əhəmiyyətli elmi faktlar qeydə alınıb və bölgənin qədim tarixini işıqlandıran mühüm maddi-mədəniyyət nümunələri sənədləşdirilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə UNEC-in Multikulturalizm Tədqiqat Mərkəzinin  elmi əməkdaşlığı çərçivəsində həyata keçirilən bu ekspedisiyanın əsas məqsədi İsmayıllı rayonunda qədim alban tayfalarının izlərini araşdırmaq, etnomədəni göstəricilərini müəyyənləşdirmək və antropoloji məlumatları toplamaq olub.  Ekspedisiya tarixi Qafqaz Albaniyasının  mərkəzi  ərazilərindən olmuş  İsmayıllı bölgəsinin   Qalağah, Vəng, Hapıt, Gənzə, Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Kürdeldarbəyli, Hacıhətəmli, Basqal  kimi bir sıra kəndlərini əhatə edib. Bölgənin etnik tərkibi və tarixi coğrafiyası, burada qədim alban tayfalarının uzunmüddətli məskunlaşmasına dair zəngin  materiallar, habelə alban dövrünə aid qəbiristanlıqlar və ibadətgah qalıqları, maddi-mədəniyyət nümunələri aşkarlanaraq sənədləşdirilib.  

Professor Məhəbbət Paşayevanın sözlərinə görə, bu araşdırmalar bölgənin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır. Hazırda materialların sistemləşdirilməsi və təhlili prosesi davam edir. Nəticələrin dövrdə elmi məqalələr şəklində yerli və beynəlxalq akademik jurnallarda dərc olunması nəzərdə tutulur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay