UNEC-in Biznes və menecment fakültəsində “Biznes və logistika” kafedrasının dosenti Niyazi Həsənovun müəllifi olduğu “Beynəlxalq biznes” və kafedranın baş müəllimləri Əlislam Qasımovun və Vəli Həziyevin “İstehlakçı davranışının idarə edilməsi” adlı kitablarının təqdimatı və müzakirəsi keçirilib.
Kitab müzakirəsində kitablar haqqında kafedra müdiri dos. Məhəmməd Əliyev məlumat verərək, bildirib ki, əyani vəsaitlər “Biznes və logistika” kafedrasının 4 ixtisası üzrə təhsil alan tələbələr, eyni zamanda müəllimlər və mütəxəssislər üçün faydalıdır.
Sonra müəlliflər dərslik və dərs vəsaiti haqqında zəruri məlumatlar verərək, təqdimatda iştirak edənlərin suallarını cavablandırıblar.