A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində “Yaşıl UNEC” ili çərçivəsində seminar keçirilib.

Seminarda “Humanitar fənlər” kafedrasının dosenti Lətafət Hümmətova “Yaşıl dünya naminə” mövzusunda çıxış edərək, “dayanıqlı inkişaf”, “davamlı inkişaf” anlayışlarının tarixinə nəzər yetirib və “Yaşıl dünya” konsepsiyasının oradan qaynaqlandığını qeyd edib. Müasir dövrədək təbiətə münasibətin dəyişdiyini izah edən məruzəçi Qədim dövrdə təbiətlə cəmiyyətin harmoniyada olduğunu, Orta əsrlərdə təbiətin dəyərdən düşdüyünü, İntibah dövründə təbiətə estetik münasibətin formalaşdığını, Yeni dövrdə təbiətdən maksimum dərəcədə istifadə etmək meylinin gücləndiyini diqqətə çatdırıb. Məruzəçi müasir dövrdə ekologiya ilə iqtisadiyyatı barışdırmağın, ekoloji şüurun dəyişdirilməsinin və ekoloji mentalitetin formalaşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR