×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-d389ba7ede30908e07023f7cf406c25e.php


A

UNEC-in  “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Tədbirlər Planının icrası istiqamətində “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasına körpüdür” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov Azərbaycanın COP29-a sədrliyinin iqtisadi və siyasi əhəmiyyətindən və bu rolda qarşıya qoyulan hədəflərdən danışıb. O, Azərbaycanın 2024-cü ildə COP29-a sədrliyinin həm regional, həm də qlobal səviyyədə mühüm bir hadisə olduğunu, iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında atılan addımlarda Azərbaycanın oynadığı rol, həm ölkəmizin qlobal miqyasda nüfuzunu artırdığını, həm də qlobal şimal və cənub arasında körpü funksiyasını yerinə yetirdiyini diqqətə çatdırıb.

Tədbirdə qonaq qismində iştirak edən “Vətəndaşların sosial rifahının gücləndirilməsinə dəstək” ictimai birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Aygün Səmədova çıxışında COP çərçivəsində çağırışlara adekvat olaraq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində lider dövlətlər sırasında olacağını və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq sərgiləyəcəyini bildirib.

QƏTM-nin direktor müavini, dosent Təranə Kərimova çıxışında Azərbaycanın inkişaf etmiş ölkələrin iqlim dostu texnologiyalarını və innovasiyalarını inkişaf etməkdə olan ölkələrə ötürməklə onların iqlim dəyişikliyi ilə mübarizə potensialını artırmağa kömək edə biləcəyini vurğulayıb.

Dosent İlqar Xəlilov Azərbaycanın COP29-a sədrliyi ərəfəsində ətraf mühitin qorunması və biomüxtəlifliyin saxlanılması sahəsində qlobal səyləri birləşdirəcəyini, qlobal şimal və cənub ölkələri arasında ekoloji balansın təmin edilməsinə kömək edəcəyini vurğulayıb.

Dəyirmi masa maraqlı diskussiyalarla davam edib.

TOP XƏBƏRLƏR