A

UNEC-in professoru Əlican Babayev VI Moskva Akademik İqtisadi Forumu çərçivəsində keçirilən VIII Beynəlxalq Siyasi İqtisad Konqresində iştirak edıb. 

Moskva şəhərində keçirilən konfrans Rusiya Azad İqtisadçılar Cəmiyyətinin Beynəlxalq komitəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisad fakültəsi, S.V.Vitte adına Yeni Sənaye İnkişafı İnstitutu, “Siyadi iqtisadın məsələləri” jurnalı tərəfindən təşkil olunub. Konqresdə müasir dövrdə siyasi iqtisadın bir sıra aktual problemlərinin elmi müzakirəsi aparılıb.

Konqresin “M.V.Lomonosov  adına  Moskva Dövlət Universitetində siyasi iqtisad: tarix və müasirlik – Moskva Dövlət Universitetinin “Siyasi İqtisad” kafedrasının 220 illik, N.A.Tsaqolovun anadan olmasını 120 illik, V.N.Çerkovetsin anadan olmasının 100 illik, A.V.Buzqalinin anadan olmasının 70 illik yubileyləri münasibəti ilə” təşkil olunan plenar içlasda prof. Əlican Babayev “Siyasi iqtisada sadiqilik: V.N.Çerkovetsin elmi və pedaqoji fəaliyyəti haqqında” adlı məruzə ilə çıxış edib.

Forumun və konqresin proqramı, foto  və video materialları ilə tanış ola bilərsiniz: https://maef.veorus.ru 

TOP XƏBƏRLƏR