UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Cənubi Koreya dövləti tərəfindən maliyyələşdirilən nüfuzlu Koreya Beynəlxalq İqtisadi Siyasət Tədqiqat İnstitutunun "EMERICS" analitik platformasında (KIEP) siyasi və iqtisadi ekspert kimi fəaliyyət göstərəcək.
Koreya Beynəlxalq İqtisadi Siyasət Tədqiqat İnstitutunun EMERICS analitik platforması 6 regionda -Hindistan və Cənubi Asiya, Cənub-Şərqi Asiya, Rusiya və Avrasiya, Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib hövzəsi, Mərkəzi və Şərqi Avropada inkişaf etməkdə olan iqtisadiyyatlar üçün Koreya ictimaiyyətinə, dövlət adamları, diplomatlar və akademiklərə aktual və vacib məlumat təqdim edən analitik platformadır. Nərgiz Hacıyeva tədqiqat İnstitutuna Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqədar analitik siyasi-iqtisadi məqalələr təqdim edəcək.