2024-cü ilin fevral ayında Scopus analitik bazasında indekslənən elmi nəşrlərin siyahısı yenilənmişdir. Bu siyahıda 45806 elmi nəşrdən 93%-i jurnal, 4%-i kitab seriyası, 1%-i isə konfrans məruzələr kitabıdır.
Ümumilikdə onların 35%-i Q1, Q2 kvartilli elmi nəşrlərin payına düşür. Onlardan 15786-ı jurnallar, 224-ü kitab seriyası, 43-ü konfrans məruzələr kitabıdır.
CiteScore üzrə Q1, Q2 kvartilli elmi nəşrlərin elmi istiqamətlər üzrə bölgüsü:
İqtisadiyyat, ekonometrika və maliyyə 782 elmi nəşr;
Biznes, mencement və mühasibat uçotu 1024 elmi nəşr;
İncəsənət və humanitar elmlər 2888 elmi nəşr;
Kənd təsərrüfatı və bioloji elmlər 1342 elmi nəşr;
Kimya və kimya mühəndisliyi 827 elmi nəşr;
Kompüter elmləri 1286 elmi nəşr;
Qərar Elmləri (Ümumi Qərar Elmləri, İnformasiya Sistemləri və İdarəetmə, İdarəetmə Elmləri və Əməliyyatlar Tədqiqatı, Statistika, Ehtimal və Qeyri-müəyyənlik) -304 elmi nəşr;
Yer və planetar elmlər 736 elmi nəşr;
Enerji 330 elmi nəşr;
Mühəndislik 1752 elmi nəşr;
Ətraf mühit elmləri 1042 elmi nəşr;
Materialşünaslıq elmləri 798 elmi nəşr;
Riyaziyyat 1021 elmi nəşr;
Multidisiplinar 72 elmi nəşr;
Fizika və astronomiya 698 elmi nəşr;
Sosial elmlər 4922 elmi nəşr.
Ümumiyyətlə, tədqiqatçıların Scopus bazasında indekslənən müxtəlif elmi istiqamətləri üzrə jurnal, kitab seriyası, konfrans məruzə kitabların siyahısını əldə edə bilməsi üçün https://www.scopus.com/sources.uri linkinə daxil olmalı və aşağıdakıları əməl etməlidir:
- Mövzu sahəsi Subject area bəndinə daxil olmaq;
- Enter subject area hissəsinə kliklyərək elmi istiqamətinizi seçmək;
- Səhifənin sağ kənarında yerləşən filter vasitəsilə təqdim olunan elmi nəşrləri mənbə tipinə, Open Access, CiteScore üzrə kvartillərin növünə görə axtarış edərək elmi nəşrləri müəyyənləşdirmək.
Scopus bazasında fevral ayından etibarən 88 elmi nəşr indekslənmişdir. Siyahı (bura əlavə edərdiniz z.o.) Bununla yanaşı? qeyd etməliyik ki, yeni indekslənən elmi nəşrlərin kvartilli ancaq 4 il davamlı şəkildə bazada indeksləndiyi halda formalaşmağa başlayır.
Əlavə məlumat almaq üçün Elmmetrika şöbəsinə müracət etmək mümkündür.
Scopus bazasında fevral ayından etibarən indekslənən elmi nəşrlərin siyahısı