Azərbaycan Dövlət İqtisad Universitesinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) və BZT Turan Akademiyasının koordinatorluğu ilə “II Beynəlxalq ümumdünya, sosial, təhsil və maliyyə” mövzusunda konfrans keçirilib.
Tədbir Türk dünyasının dəyərli sənətçilərınin ifalarında musiqi sədaları ilə başlayıb.
Tədbirin açılışında çıxış edən konfransın sədri, TUDİFAK-ın dekanı professor Mehmet Yüce Türk dünyasının iqtisadi dinamikası, iqtisadi artım perspektivləri və bu sahədəki gələcək strategiyaları barədə maraqlı açıqlamalar verib.
Sonra prorektor dos. Fariz Əhmədov Türk dünyası anlayışında təhsilin rolunun önəmindən bəhs edərək, UNEC-in elmi fəaliyyətlərdəki nailiyyətləri və Türk dünyası ilə təhsil sahəsində əldə olunan əməkdaşlıqların əhəmiyyəti barədə məlumat verib.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Türk dünyasının mədəni qarşılıqlı əlaqələrindən, Türkiyənin Prezident Administrasiyasının Maliyyə İdarəsinin sədri Dr. Ferhat Kara inzibati elmlər, ümumdünya və sosial sahələrdə Türk dünyasının əldə etdiyi nailiyyətlərdən, Bahavalpur İslam Universitetinin professoru Muhammad Safdar Bhatti isə Pakistan və Türk dövlətlərinin iqtisadi, ümumdünya və təhsil sahəsindəki əməkdaşlığından danışıblar.
Çıxışlardan sonra dos. Fərahilə Babayeva Şükürova konfrans barədə statistik məlumatları səsləndirib.
Konfrans "Ailəmiz Türk Dünyasıdır" və “Gənclərin nöqteyi-nəzərindən Türk Dünyasına İnteqrasiya: Problemlər və həlli yolları” mövzularında müəllim və tələbələrin məruzələri ilə davam edib.
Üç gün müddətində davam edəcək beynəlxalq elmi konfransda 16 fərqli ölkədən 286 elm adamının tədqiqat işləri təqdim ediləcək.