A

Mayın 29-da UNEC-in koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliyinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Texniki Universitetinin bərpa olunan enerji sahələri üzrə təcrübəsinin paylaşılması məqsədilə dəyirmi masa keçirilib.

Dəyirmi masada UNEC-in Beynəlxalq əməkdaşlıq departamentininBeynəlxalq magistratura və doktorantura mərkəzinin nümayəndələri iştirak ediblər. Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova çıxış edərək, REFRESH layihəsi çərçivəsində Danimarka Texniki Universitetində iştirak etdiyi təcrübə səfərinin nəticələri haqqında iştirakçılara məlumat verib.

Görüşdə DTU-nun Dayanıqlı enerji sistemləri ixtisası üzrə bakalavr və magistratura səviyyəsinin tədris proqramları, tədris prossesi haqqında, DTU Mühəndislik fakültəsininin bərpa olunan enerji ixtisası üzrə fənləri və qəbul şərtləri, eləcə də Danimarkanın külək enerjisi və dayanıqlı enerji texnologiyaları ixtisasları üzrə tədris proqramları, tədris olunan fənlər və qəbul tələbləri eləcə də, xarici ekspertlər tərəfindən bərpa olunan enerji sahəsi üzrə sillabuslara verilmiş rəylər və tövsiyələr barədə məqamlar iştirakçıların diqqətinə çatdırılıb.

TOP XƏBƏRLƏR