Elsevier şirkətinin Research Academy xidmətləri daxilində tədqiqatçı ekspert kimi fəaliyyət göstərmək, elmi tədqiqat fəaliyyətində yeni biliklərə yiyələnmək arzusunda olan tədqiqatçılar üçün akademik elektron tədris proqramı fəaliyyət göstərməkdədir. Dörd mövzu, 17 moduldan ibarət olan “Tədqiqatın hazırlanması” mövzusundakı proqramda tədqiqat metodologiyasının ilkin mərhələləri izah olunur. Bu proqram aşağıdakı mövzulardan ibarətdir.

Maliyyələşdirmə - 3 modullu proqramda tədqiqat qrantı üçün müraciət etmək qaydaları, maliyyə dəstəyini təmin etmək üçün faydalı məsləhətlər, tədqiqata tənqidi (müsbət və ya mənfi) yanaşma, uyğun maliyyələşdirmə imkanını taparkən nəzərə alınması vacib olan məqamlar, tədqiqatçıların ərizələrini doldurarkən yol verdiyi ümumi səhvlərin izahı və bu sahədə ümumi biliklərə yiyələnmək üçün istiqamətlər verilir https://researcheracademy.elsevier.com/research-preparation/funding;

Tədqiqat dizaynı -2 modullu proqramda tədqiqatın qiymətləndirilməsi strategiyasını inkişaf etdirmək, eləcə də tədqiqatda yol verilə biləcək boşluqları bilmək və onu optimallaşdırmaq üçün bir neçə alət və addımlar izah olunur https://researcheracademy.elsevier.com/research-preparation/research-design;

Tədqiqat məlumatlarının idarə edilməsi - 9 modullu proqramda aparılan tədqiqatda araşdırma istiqaməti üzrə bütün vacib məlumatların ehtiva olunması, məlumatların əlçatan, aşkar və istifadə edilə bilən olması, məlumatlara necə istinad edilməsi və bunun tədqiqatçının elmi fəaliyyətinə faydalılıq göstəricisi, iş planları və effektiv plan qurmaq üçün məsləhətlər verilir https://researcheracademy.elsevier.com/research-preparation/research-data-management;

Tədqiqat sahəsində əməkdaşlıqlar – 3 modullu proqramda həmmüəlliflik, tədqiqat şəbəkəsinin qurulması, birgə tədqiqat və tədqiqat tərəfdaşlığı, sənaye müəssisələri ilə necə (və nə üçün) əməkdaşlıq ediməli, beynəlxalq elmi əməkdaşlıq necə qurulmalı və davamlı tədqiqat əməkdaşlığını necə yaratmağın yolları izah olunur. Bununla yanaşı qeyd etməliyik ki, tədqiqat qrantı və elm sahəsində karyera yüksəlişi imkanları birbaşa tədqiqat əməkdaşlığı ilə bağlıdır https://researcheracademy.elsevier.com/research-preparation/research-collaborations

Akademik tədris proqramı çərçivəsində keçirilən təlimlər ingilis dilində aparılır və Elsevier sistemindən qeydiyyatdan keçən nümayəndələrə sertifikatlar təqdim olunur. Sistemdən qeydiyyat qaydası https://www.youtube.com/watch?v=uWSlxBWIYvM Elsevier şirkətinin məhsulları olan Scopus, Science direct, Research Academy və Mendeley sistemlərinə eyni istifadəçi adı və şifrə ilə daxil olmaq lazımdır. 

Əlavə məlumat almaq üçün EFTİED Elmmetrika şöbəsinə https://unec.edu.az/elmmetrika-sobesi/ müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR