UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi tərəfindən“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Baku COP29”ahəsr olunan tədbirlərə start verilib.
İlk beynəlxalq seminar “Enerji, biznes səmərəliliyi və ətraf mühitin CO2 ilə çirkləndirilməsinə yeni yanaşmalar” mövzusunda olub. UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UNEC tədqiqat mərkəzlərinin üzvləri ilə yanaşı, xaricdə fəaliyyət göstərən tədqiqatçılar, ekspertlər də iştirak ediblər.
Tədbirin moderatoru, UNEC Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri prof. Elxan Sadik-Zada “BAKI COP29” mövzusunda Mərkəz tərəfindən həyata keçiriləcək tədbirlər barədə ümumi məlumat verdikdən sonra ilk tədbirin məruzəçisi, mərkəzin tədqiqatçısı, İtaliyanın Naples Parthenope Universitetinin İqtisadi İnkişaf və Sosial Dəyişikliklər Mərkəzinin prezidenti, Böyük Britanyanın Greenwich Universitetinin Təbii ehtiyatlar İnstitutunun tədqiqatçısı, Çinin Wenzhou-Kean Universitetinin professoru Andrea Gattonu iştirakçılara təqdim edib.
Sonra prof. Andrea Gatto “Enerji, biznes səmərəliliyi və ətraf mühitin CO2 ilə çirkləndirilməsinə yeni yanaşmalar” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi mövzu ilə bağlı analiz edilən ölkələr, datalar, ekonometrik üsullar barədə ətraflı məlumat verib.
Seminar müzakirələrlə davam edib.
Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.
https://www.facebook.com/100073226974477/videos/404534505962749?locale=ru_RU