UNEC-in Mühəndislik fakültəsində“COP29: Azərbaycanın yeni iqlim hədəfi və gələcəyə baxış” mövzusunda mühazirə təşkil olunub.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Ekologiya mühəndisliyi” ixtisasının müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ixtisas rəhbəri dosent Mövlud Hüseynov geniş təqdimatla çıxış edərək, ölkəmizin COP-29-a ev sahibliyi etməsinin əhəmiyyətindən və dünyamiqyaslı tədbirin Azərbaycana verəcəyi töhfələrdən danışıb. M.Hüseynov ölkəmizdə iqlim dəyişikli, ekoloji tarazlığın qorunması, "Yaşıl enerji" zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb. İşğaldan azad edilmiş ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Maya Kərimovanın mövzu ilə bağlı çıxışından sonra, tədbir müzakirələrlə davam edib.