A

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qafqaz Universitetlər Birliyinin (KÜNİB) VI Olagan Konqresi keçirilib. Qırğızıstan-Türkiyə Manas Universitetinin ev sahibliyi ilə təşkil edilən konqres “Transqafqazda tarixi İpək Yolunun yenidən inşası: düşüncələr və təkliflər” mövzusuna həsr edilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov  təmsil edib. Ş.Əsgərov konqresdə “İpək yolunun tarixi və onun iqtisadi əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Konqresdə KÜNİB rəhbəri Prof. Dr. Ramazan Korkmaz, Yüksek Öğretim Kurulu (YÖK) rəhbəri Prof.Dr.M.A.Yekta Saraç, səfirlik nümayəndələri, KÜNİB-ə üzv olan universitet rektorları, YÖK üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

TOP XƏBƏRLƏR