UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində COP29-un ölkəmizə hansı faydaları olacaq mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov COP29-un ölkəmizdə keçirilməsinin qürurverici hiss olmasını sevinc hissi ilə vurgulayaraq, tədbir haqqında iştirakçılara məlumat verib.
Tədbirə dəvət olunan BDU-nin Coğrafiya fakültəsinin əməkdaşı Şəfiqə Hümbətova çıxış edərək, regionun üzləşdiyi xüsusi ekoloji problemlərin həllindən, su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxarmaqla, həll yollarından danışıb.
Qərbi Kaspi Universitetinin “Təbiət elmləri” kafedrasının əməkdaşı Mahmud Hümbətov və kafedranın professoru Yusif Fərzəliyev çıxış edərək, COP29 konfransının Azərbaycan iqtisadiyyatına müsbət təsirləri olacağını, ölkənin ekoloji vəziyyətini, havanın keyfiyyətinin artacağına və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edəcəyini qeyd ediblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.