A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentinin və Tələbə Elmi Klubunun birgə təşkilatçılığı ilə COP29-a həsr olunan “Müasir iqlim dəyişmələri” mövzusunda elmi seminar keçirilib.

Seminarda Lənkəran Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyev maraqlı təqdimatla çıxış edərək, coğrafiyanın müasir tədris metodları və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. O, coğrafiya elminin gənclərin dünyagörüşünün genişlənməsində və təhsildə tətbiq olunan yeni metodların effektivliyinin artırılmasında vacib rol oynadığını vurğulayıb.

Təqdimatdan sonra qlobal iqlim dəyişikliklərinin əsas səbəbi və nəticəsi, iqlim dəyişikliklərinin Azərbaycana təsiri və s. bu kimi problemlərlə bağlı seminar iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR