UNEC-in Mühəndislik fakültəsində "COP29 və işğaldan azad edilmiş torpaqlarda yaşıl sənayenin inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.
Seminarda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dos. Nigar Məmmədova mövzu ilə bağlı təqdimatla çıxış edərək, COP29 haqqinda geniş məlumat verib, konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm hadisə olduğunu vurğulayıb.
N.Məmmədova Qarabağ regionunun yaşıl sənayeyə inteqrasiyasından söz açaraq, həmin ərazilərin təbii ehtiyatlar və xammal resursları baxımından çox perspektivli olduğunu diqqətə çatdırıb.
Seminar qarşılıqlı diskussiya formatında davam edib.