A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən keçirilən elmmetriya üzrə “Top advisor” proqramını uğurla bitirib.

4 ay davam edən proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları tədqiq edə biləcək mütəxəssislər yetişdirmək olub. UNEC-in Kitabxana İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva proqramı bitirərək, “Elsevier” və “Clarivate” şirkətlərinin birgə müvəffəqiyyət sertifikatını əldə edib.

Qeyd edək ki, “Top advisor” sertifikatını qazanmış şəxslər ölkə üzrə elmi göstəricilərin ölçülməsini daha dəqiq apara biləcəklər, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcəklər, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər. 

TOP XƏBƏRLƏR