UNEC-in strateji hədəflərindən olan insan resursları idarəetməsində səmərəliliyi davamlı yüksəltmək məqsədilə inzibati heyətin peşəkar hazırlığı təlimlərinə start verilib.
İlk təlim elektron sənəd dövriyyəsi ilə bağlı olub. Ümumi şöbənin müdiri Mətanət Novruzova təlim iştirakçılarına elektron sənəd dövriyyəsinin tətbiqinin əhəmiyyətindən danışaraq, elektron kargüzarlığın tətbiqi qaydaları, sənədlərin sənədlərin hazırlanması, sənədlərin icrasına nəzarətin təşkili və s. barədə məlumat verib.
İnzibati heyətin kommunikasiya bacarıqlarının artırılması ilə bağlı növbəti təlim “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müəllimi Nərgiz Seyidzadə tərəfindən keçirilib. Təlimdə iştirakçılara effektiv ünsiyyət strategiyaları, ictimai mühitlə əlaqələrin gücləndirilməsi, informasiya idarəçiliyi, konfliktlərin həlli ilə bağlı təqdimat nümayiş olunub.
Rəqəmsal Texnologiyalar Departamentinin Ekstern tədris mərkəzinin mütəxəssisi Aytac İbrahimovanın keçdiyi təlim isə distant və hibrid idarəetməsi barədə olub.