A

UNEC Tədqiqat Fondu əməkdaşlarının 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirdiyi səmərəli fəaliyyətləri tətbiq olunmuş konseptual yanaşmaya uyğun olaraq, 4 hissəli kitab şəklində çap olunub.

Kitabın birinci hissəsi “Həyata keçirilmiş kommunikasiya planı”, II, III və IV hissələri isə “Beynəlxalq və yerli mediada dərc olunan informasiyanın emalı və monitorinq prosesi” sərlövhələri ilə nəşr olunub. Bəhs olunan nəşrlərdə mətn, qrafik, statistik və foto məlumatlardan istifadə edilməklə UNEC Tədqiqat Fondunun müvafiq istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlərin təhlili aparılıb və ətraflı izahı verilib.

Qeyd edək ki, UNEC Tədqiqat Fondunun 12 əməkdaşı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib və UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən Fondun prezidenti Fərhad Əmirbəyov və əməkdaşlara müvafiq təltiflər təqdim olunub.

UNEC Kitabxana-informasiya mərkəzinin fonduna daxil edilmiş nəşrlərlə professor müəllim heyəti və təhsilalanlar 24/7 kitabxanada tanış ola bilərlər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay