UNEC-in 95 illik yubileyi ilə bağlı tədbirlər planına uyğun olaraq, Rəqəmsal iqtisadiyyat fakültəsində elmi fəaliyyətin inkişafı və tədqiqat potensialının stimullaşdırılması məqsədilə tədbir təşkil olunub.
“Rəqəmsal Texnologiyalar və Tətbiqi İnformatika” kafedrası ilə “Rəqəmsal İqtisadiyyat” tədqiqat mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fakültənin professor-müəllim heyətinin elmi-tədqiqat istiqamətləri təqdim edilib. İştirakçılar beynəlxalq və yerli elmi jurnallarda dərc olunmuş məqalələrin nəticələri, konfrans iştirakı və həyata keçirilən layihələrlə tanış olublar.
Rəqəmsal iqtisadiyyat, süni intellekt və alternativ enerji kimi aktual mövzularda təqdimatlar dinlənilib, gələcək tədqiqat imkanları müzakirə olunub və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.