Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə elmi tədqiqatçılar, magistr və doktorantlar üçün “Elektron resurslardan istifadə və Clarivate Həlləri” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov UNEC-in abunə olduğu Web of Science, Research Assistant, Journal Citation Reports və ProQuest Theses and Dissertations Global kimi elmi bazalar və alətlər barədə təqdimatla çıxış edib. O, alətlərdə iş, müəllif profilləri barədə təqdimat etməklə təcrübi həlləri geniş şəkildə iştirakçıların diqqətinə çatdırıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və müzakirələr aparılıb.