A

12-14 iyun tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) uğurla başa çatıb.

UNEC, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi və Paşa Holdinqin baş sponsorluğu ilə keçirilən bu ilki konfrans “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem” mövzusunda olub.

3 gün davam edən konfransda 24 ölkədən xarici 57 alim və tədqiqatçı iştirak edib. Konfransa təqdim olunan elmi məqalələrdən 224-ü seçilərək, xülasələr kitabında çap olunub.

Konfransda 4 panel sessiya, 9 vörkşop, 5 oflayn, 1 hibrid və 34 onlayn sessiya keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında, eləcə də panel sessiya və vörkşoplarda dairəvi iqtisadiyyat, süni intellekt, yaşıl universitetlər, yaşıl texnologiyalar, 

rəqəmsal transformasiya, sosial inklüzivlik və digər mövzularda maraqlı təqdimatlar olub, elmi müzakirələr aparılıb.

Konfrans çərçivəsində təşkil olunan kitab sərgisi də iştirakçıların marağına səbəb olub. Burada konfransa təqdim edilmiş 224 məqalədən ibarət “Xülasələr toplusu”, eləcə də “Akademik yazı”, “Dairəvi iqtisadiyyat” kitabları nümayiş etdirilib. UNEC tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş “Bazarın hüdudları” və “Dayanıqlı enerji” kitabları da sərgidə yer alıb.

Konfransı açılışı, panel sessiyalar və vörkşöplar UNEC rəsmi facebook səhifəsindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR