A

16-17 oktyabr 2025-ci il tarixlərində Özbəkistanın Termez Dövlət Universitetinin təşkilatçılığı ilə “Innovations in Linguistics and Language Education: Global Trends and Local Perspectives” (Dilçilik və Dil Tədrisində Yeniliklər: Qlobal Tendensiyalar və Lokal Perspektivlər) adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə UNEC-i Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova təmsil edib.

Konfransda müxtəlif ölkələrdən olan alim və mütəxəssislər dil tədrisi, rəqəmsallaşma və müasir pedaqoji yanaşmalarla bağlı məruzələrlə çıxış ediblər.

Aysel Xəlilova “Foreign Language Instruction Model Based on Four Skills” mövzusunda təqdimatla çıxış edərək UNEC-də tətbiq olunan dörd bacarıq – dinləmə, oxu, yazı və danışıq üzrə inteqrativ tədris və qiymətləndirmə modelindən bəhs edib. O, beynəlxalq imtahanlara (Aptis, ÖSD, TORFL, TCF) hazırlıq proqramlarının bu modelə uyğunlaşdırıldığını qeyd edib.

Çıxışın sonunda Aysel Xəlilova xarici dilin tədrisi və qiymətləndirilməsində süni intellektin inteqrasiyası barədə danışıb. O bildirib ki, yaxın zamanda AI müəllimlər üçün “teacher assistant” kimi istifadə olunacaq və tələbələrin cavablarının qiymətləndirilməsi prosesində də süni intellektdən fəal şəkildə yararlanılacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay