A

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətin təşkili və idarə Edilməsi Departamenti tərəfindən “Gənc tədqiqatçıların və tələbələrin ixtira, elmi layihə və ideyaları” adlı tədbir təşkil olunub.

Tədbirin məqsədi UNEC-in gənc tədqiqatçılarının və tələbələrinin elmi yaradıcılıq potensialını üzə çıxarmaq, onların innovativ ideyalarının reallaşması üçün əlverişli mühit formalaşdırmaq və bu istiqamətdə elmi təşəbbüsləri stimullaşdırmaqdan ibarət olub.

Tədbiri UNEC Elmi Fəaliyyətin təşkili və idarə Edilməsi Departamentinin direktoru, prof.Zahid Məmmədov tədbiri açaraq bildirib ki, AMEA-nın 80 illiyi Azərbaycan elminin inkişafında yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu münasibətlə universitetlərdə gənc alimlərin elmi fəaliyyətə cəlb olunması və ideyalarının texnoloji inkişafa yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra UNEC-in Texnoloji transfer şöbəsinin müdiri Vəkil İbrahimov  çıxış edərək universitetdə ixtira və innovasiya fəaliyyətinin təşviqi, Layihə ideyasının formalaşması, Layihə və qrantların maliyyələşməsində beynəlxalq fondlar və təşkilatlar, eyni zamanda patent və startap mexanizmləri haqqında məlumat vermişdir. Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Haciyeva elmin kommersiyalaşdırılmasında qərb təcrübəsi haqqında məlumat vermişdir. O eyni zamanda, ÜƏMT-in sertifikasiya proqramları, Horizon və Erasmus layihələrinə müraciət prosedurlarını izah etmişdir. Qeyd olunub ki, UNEC-də yaradılan texnoloji transfer mühiti gənc tədqiqatçıların ideyalarının real iqtisadi layihələrə çevrilməsi üçün vacib platforma rolunu oynayır.

Tədbirdə müxtəlif fakültə və kafedraların gənc tədqiqatçıları öz elmi layihə və ixtira təkliflərini təqdim ediblər. İqtisadiyyat, maliyyə, ekoloji dizayn, rəqəmsal texnologiyalar və sosial innovasiyalar sahəsində irəli sürülən ideyalar yüksək qiymətləndirilib.

Tədbir UNEC-in elmi mühitində innovativ düşüncə tərzinin və gənclərin yaradıcılıq potensialının dəstəklənməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay