UNEC Kitabxana-İnformasiya Mərkəzində Wiley Beynəlxalq Araşdırmalar (Wiley Global Research) şirkətinin nümayəndəsi (Account Manager) Ali Abushawar ilə görüş keçirilib.
Qonaq UNEC Əsaslı Kitabxanasında, 24/7 kitabxanada və 1 saylı kitabxanada olub, universitetdə yaradılmış müasir tədris infrastrukturu və əlverişli elmi-tədqiqat mühiti ilə yaxından tanış olub.
Görüş çərçivəsində UNEC-in Azərbaycanın və Cənubi Qafqazın lider ali təhsil müəssisəsi kimi son illərdə beynəlxalq reytinqlərdə və digər strateji istiqamətlər üzrə əldə etdiyi mühüm nailiyyətlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı səmərəli əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri, beynəlxalq elmi məlumat bazaları və xüsusi kolleksiyalara abunəlik imkanları, eləcə də bu resurslardan UNEC-in tələbə və müəllim heyətinin istifadəsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.