UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Nəzrin Axundzadə və ISE-nin tələbələri Nurlan Rüstəmli, Sübhan İsgəndərli və Zəhra Sadıxlı tərəfindən birgə hazırlanmış elmi məqalə beynəlxalq nüfuzlu AGORA International Journal of Economical Sciences jurnalında dərc olunub.
“A Comparative Study on Episodes of Financial Turmoil: Insights from the Dotcom Bubble, the 2008 Crisis, and the Cryptocurrency Era” mövzusunda olan məqalədə Dotcom köpüyü, 2008-ci il qlobal maliyyə böhranı və kriptovalyuta dövründə yaşanan maliyyə sarsıntıları müqayisəli şəkildə təhlil edilib. Araşdırmada bu dövrlər arasında oxşar və fərqli cəhətlər, böhranların yaranma səbəbləri və iqtisadi təsirləri elmi yanaşma əsasında təhlil edilib.