A

“Elm Günləri”nin üçüncü gününün növbəti tədbiri Nobel mükafatçılarına həsr olunub.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının, professor-müəllim heyətinin və dissertantların iştirakı ilə baş tutan tədbir 2025-ci il üzrə İqtisadiyyat sahəsində Nobel Mükafatı laureatlarına həsr olunub.

İnstitutun direktoru, professor Yadulla Həsənli Nobel mükafatının yaranma tarixindən, iqtisadiyyat sahəsində bu mükafatın verilməsinin əhəmiyyətindən və Nobel laureatlarının qlobal elmi təsirindən danışıb. O vurğulayıb ki, Nobel mükafatı yalnız fərdi nailiyyətləri deyil, həm də tədqiqatların dünya iqtisadiyyatı və elmi inkişafına töhfəsini qiymətləndirir.

Sonra İnstitutun elmi katibi Rafail Rzayev çıxış edərək Nobel laureatlarının elmi irsini geniş təhlil edib. O, yaradıcı dağıdıcılıq, innovasiyalar, bilik və uzunmüddətli iqtisadi artım mövzularında əsas məqamları iştirakçılara təqdim edib. Xüsusilə Joel Mokir, Filip Agion və Peter Hyuttinin tədqiqatlarından nümunələr gətirərək onların iqtisadi nəzəriyyələrə və praktiki siyasətə verdiyi töhfələrdən bəhs edib.

Tədbir iştirakçıları həmçinin Nobel laureatlarının elmi irsinin müasir iqtisadi araşdırmalarda necə tətbiq oluna biləcəyini müzakirə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay