A

UNEC-də keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV Beynəlxalq Konfrans aprelin 24-də panel iclaslarla davam edib.

Konfrans çərçivəsində “Artificial Intelligence and the Labor Market: New Professions, Skills, and Employment Models” mövzusuna həsr olunmuş A panel müzakirəsi təşkil edilib. Panelə Advantech MMC-nin direktoru Asim Namazov moderatorluq edib. Müzakirələrdə ANTEC Academy-nin direktoru Günay Hüseynli və AZCON Holding-in İnformasiya təhlükəsizlik departamentinin direktoru Dəryanur Hüseynov iştirak edərək aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Panel zamanı süni intellektin əmək bazarına təsiri geniş şəkildə təhlil olunub. Xüsusilə yeni peşələrin yaranması, mövcud peşələrin transformasiyası və əmək bazarında tələb olunan bacarıqların dəyişməsi əsas müzakirə mövzularından olub.

Eyni zamanda, reskilling və upskilling strategiyalarının əhəmiyyəti vurğulanaraq, fərdlərin və təşkilatların davamlı öyrənmə yanaşmasını mənimsəməsinin vacibliyi qeyd edilib. İnsan və süni intellekt əməkdaşlığının gələcək perspektivlərinə toxunularaq, bu münasibətin rəqabətdən daha çox tamamlayıcı xarakter daşıdığı bildirilib.

Paneldə avtomatlaşdırmanın iqtisadi təsirləri, məhsuldarlığın artımı və bunun gəlir bölgüsünə mümkün təsirləri də diqqət mərkəzində olub. Dövlət siyasətləri kontekstində isə mövcud iş yerlərinin qorunması ilə yeni məşğulluq modellərinin təşviqi arasında balansın təmin edilməsinin vacibliyi vurğulanıb.

Sonda qeyd olunub ki, əmək bazarının transformasiyası şəraitində çevik yanaşmaların tətbiqi, innovativ təhsil modellərinin inkişafı və effektiv sosial siyasətlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay