Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində qida və tekstil sənayesinin inkişafına həsr olunan tələbə elmi konfransı keçirilib.
Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda fakültə dekanı, professor Vəkil Hüseynov tələbələrin elmi tədqiqat işlərinin səmərəliliyini yüksəltmək, onların fəaliyyətlərini əlaqələndirmək, istiqamətləndirmək məqsədilə elmi fəaliyyətin müasir tələblərə uyğun qurulmasının əhəmiyyətini vurğulayıb.
Konfransda tələbələr Azərbaycan iqtisadiyyatının genişləndirilməsində və inkişafında qida ilə tekstil sənayesinin əhəmiyyətindən bəhs edən məruzələrlə çıxış ediblər. Tekstil və qida sahəsindəki prioritetləri açıqlayaraq, bu məhsulların həm daxili, həm də xarici bazar üçün əhəmiyyətindən danışıblar.
Sonda konfransın Təşkilat Komitəsi ən maraqlı məruzələrlə çıxış edən tələbələri diplom və sertifikatlar təqdim edib.